Rusiyada hərbi komissar ölü vəziyyətdə tapıldı

15 Oktyabr 2022 13:36

Rusiyanın Primorks diyarəndakı Partizanski və Lazovski rayonlarının hərbi komissarı Roman Malık ölü vəziyyətdə tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə onun yaxınları deyib.

Yaxınlarının sözlərinə görə, Malık ağır döyüşlər görüb, sağlamlığında problem olmayıb.

Hadisənin səbəbi hələ məlum deyil.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunmuşdu.

Milli.Az