Qanda kreatinin yüksəlməsinin ƏLAMƏTLƏRİ

22 Oktyabr 2022 23:30

Kreatin əzələlərdə yaranan maddədir. O, əzələlər üçün enerji mənbəyidir. Kreatin məhz əzələlərdən qana düşür, ordan böyrəklər vasitəsilə süzülüb atılır.

Əgər böyrəklərdə kreatin çoxalarsa, bu çox xəstəliklərdən xəbər verir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, çox zaman insanlar kreatinin artmasının əlamətlərini bilmir və buna fikir vermir.

Qanda və ya sidikdə kreatinin artmasını göstərən əlamətlər:

- Belin aşağı hissəsində dartıcı, yandırıcı ağrı
- Bədəndə ödem, şişkinlik

- Sidiyin çıxmasının azalması, pozulması
- Əzələ qıcolmaları

- Əzələ və oynaqlarda ağrılar
- Daim yorğunluq hissi

- Ürəkbulanma, iştahsızlıq
- Hərəkətdə olanda ağrı

- Böyrəklərdə ağırlıq, ağrı, onurğaya yayılan ağrı

Əgər bu əlamətlər varsa, mültəq qanda kreatin analizi verin.

Milli.Az