Pulunu aldı, amma mahnısını vermədi

15 Oktyabr 2022 15:51

Türkiyəli müğənni Aylin Çoşkun bəstəkar-müğənni Sinan Akçıl haqqında səsləndirdiyi iddiayla gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Manzara" və "Sinsirella" mahnılarıyla tanınan ifaçı Akçıla ona mahnı yazması müqabilində ödəniş etdiyini bildirib. A.Çoşkun həmkarının pulu aldığınl, lakin mahnını vermədiyini açıqlayıb.

S.Akçıl isə məsələ barədə hələlik müsahibə verməyib.

Milli.Az