Ukraynada Rusiya ordusunun silah anbarı məhv edildi

15 Oktyabr 2022 10:21

Sutka ərzində Ukrayna aviasiyası ölkənin cənubunda Rusiya ordusunun mövqelərinə 13 hava zərbəsi endirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub ordu komandanlığı məlumat yayıb.

Hesabat dövründə 2 özüyeriyən haubitsa, 2 YARS, 4 avtomovil texnikası, 1 tank və 1 silah anbarı məhv edilib, 18 hərbçi zərərsizləşdirilib.

Milli.Az