Koronavirusa yoluxanların sayı 620 milyonu keçib

15 Oktyabr 2022 08:33

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 620 milyon nəfəri keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin son statistikasına görə, indiyədək dünyada 620 878 405 nəfər Covid-19-a yoluxub, onlardan 6 543 138 nəfər ölüb. Son sutkada yoluxma sayı 912 483, ölüm sayı 2 486 olub.

Statistika rəsmi məlumatlara əsaslanır.

Milli.Az