ABŞ Konqresinin Ermənistana səfər edəcək heyətinin tərkibi məlum oldu

15 Oktyabr 2022 08:50

ABŞ Konqresinin Nümayəndələr Palatasının Ermənistana səfər edəcək nümayəndə heyətinin tərkibi məlum olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, heyət tərkibində konqresmenlər Endi Levin, Cim Kuper, Billi Lonq, Diane de Gette, Cerri Konnoli, Con Qaramendi və Devid Prays yer alır.

Qeyd edək ki, bundan əvvəl erməni politoloq Suren Sarkisyan konqresmenlərin gözlənilən səfəri barədə yazmışdı.

Milli.Az