Ukrayna ordusu Belqorodu vurdu

14 Oktyabr 2022 22:22

Ukrayna ordusunun zərbələri nəticəsində Rusiyanın Belqorod şəhərindəki yarımstansiyada yanğın baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.

Qeyd edək ki, bu gün Ukrayna ordusu Belqorodda sursat anbarını da vurmuşdu.

Milli.Az