Ermənistanda hərbçiləri daşıyan maşın özlərinin basdırdıqları minaya düşdü - FOTO

14 Oktyabr 2022 16:34

Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini və hərbi əmlakını daşıyan UAZ markalı avtomobil oktyabrın 14-ü günorta saatlarında özləri tərəfindən Cermuk istiqamətində əvvəlcədən quraşdırılmış tank əleyhinə minaya düşüb.

Milli.Az bildirir ki, bu barədə "Novosti Azerbaijan" Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, erməni hərbi qulluqçuları arasında həlak olan və yaralananlar var.

Texnika isə yararsız vəziyyətə düşüb.

Milli.Az