Şiddətə görə cərimələndi

14 Oktyabr 2022 20:44

Türkiyəli müğənni-aparıcı Seren Serengilin məhkəməsi sona çatıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni özbəkistanlı köməkçisi Gulnoza Mamatovaya şiddət göstərdiği üçün təqsirli hesab olunub.

Məhkəmə Serengilə "yüngül yaralama" maddəsiylə 2 min 790 lirə pul cəzası kəsib.

Milli.Az