Tehranda nəhəng reklam lövhəsində “Xameneyiyə ölüm olsun” şüarı yazıldı - VİDEO

14 Oktyabr 2022 13:26

Tehranda nəhəng reklam lövhəsində "Xameneyiyə ölüm olsun" şüarı yazılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, Tehranın Mirdamad prospektində körpüdə asılmış nəhəng reklam lövhəsinə etirazçılar "Xameneyiyə ölüm olsun" şüarı yazıblar.

Milli.Az