Xaçmazda 29 yaşlı gənc bıçaqlanıb

13 Oktyabr 2022 23:59

Xaçmaz rayonunda bıçaqlanma baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1993-cü il təvəllüdlü Hacıyev Ayaz Nemət oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Milli.Az