Bakıda tiktoker itkin düşdü - FOTO

13 Oktyabr 2022 23:23

Bakıda gənc oğlan itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Ağayev David Oleq oğlu 3 gün əvvəl yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun yaxınları polisə müraciət ediblər.

Hazırda axtarışlar davam edir.

Qeyd edək ki, David "TikTok"dakı paylaşımları ilə tanınır.

Milli.Az