Cəlilabadda piyada vurulub

12 May 2010 12:53
Milli.Az xəbər portalı Daxili İşlər Nazirliyinin internet saytına istinadən xəbər verir ki, Tülkülü kəndinin sakini Vidadi Əliyev VAZ-2106 markalı avtomaşını idarə edərkən həmkəndlisi Daşqın Quliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən D.Quliyev orada ölüb.
 
Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.

Milli.Az