Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var

13 Oktyabr 2022 08:47

Daşkəsən rayonunda minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanlar var.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Daşkəsən-Əmirvar yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 2003-cü il təvəllüdlü X.Bağırov və avtomobildə olan daha bir neçə nəfər xəsarət alıb.

X.Bağırovun xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Digərlərinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az