Pakistanda sərnişin avtobusu yandı: ölənlər var

13 Oktyabr 2022 08:32

Pakistanın Kəraçi şəhərində sərnişin avtobusunda baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yanğının Kəraçidən Xairpura gedən avtobusun havalandırmasında yaranan qısaqapanma səbəbindən baş verdiyi bildirilib.

Qəza yerinə çoxlu sayda təcili yardım briqadası göndərilib.

Cəsədlərin çoxunun tamamilə yandığı məlum olub.

Milli.Az