Qəzada ölən məktəblinin FOTOsu

13 Oktyabr 2022 08:10

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Ağstafada məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində B.Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.

Əlavə edək ki, Nəsib Orucov 11-ci sinif şagirdi olub.

Onun fotosunu təqdim edirik:

Milli.Az