Bakıda üç avtomobil toqquşub - FOTO

13 Oktyabr 2022 08:38

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 8 noyabr prospektində qeydə alınıb.

"Azsamand" markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi idaretmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Chevrolet" markalı maşına çırpılıb. Zərbənin gücündən "Chevrolet" eyni istiqamətdə hərəkətdə olan "BMW" markalı maşına dəyərək dayanıb. Yolda sıxlıq yaranıb. Qəzanın baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Milli.Az