BMT Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib

13 Oktyabr 2022 08:08

BMT Təhlükəsizlik Şurasının son iclasında Rusiyanın Ukrayna ərazisində keçirdiyi "referendumlar" müzakirə edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, üzv dövlətlər Ukrayna ərazilərinin "qanunsuz ilhaq cəhdlərini" rədd edib.

Sənədin lehinə 143, əleyhinə 5 ölkə səs verib. 35 ölkə bitərəf qalıb.

Məsələyə Avropa Şurasının katibi Şarl Mişel də münasibət bildirib.

"BMT qərarını verdi. Beynəlxalq ictimaiyyət Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq cəhdini çoxluqla rədd edir. Suverenliyin və ərazi bütövlüyünün qorunması BMT Nizamnaməsinin əsasını təşkil edir" - deyə siyasətçi Tvitterdə bildirib.

Milli.Az