İraqın şimalında qaz yatağı raket atəşinə tutulub

13 Oktyabr 2022 07:45

İraqın şimalındakı Süleymaniyyə əyalətində yerləşən Xor Mor qaz yatağı çərşənbə günü raket atəşinə tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, İraq Kürdüstanı muxtar bölgəsindəki qaz yatağı istiqamətində 8 raket atılıb. Təfərrüatlar barədə məlumat verilmir.

Eyni zamanda, "SHAFAQ News" portalı bildirir ki, raketlər Səlahəddin əyalətinin Tuz-Xurmatu bölgəsindən atılıb.

Milli.Az