"Real Madrid"in sabiq hücumçusu vəfat edib

12 Oktyabr 2022 22:56

İspaniya "Real Madrid"inin sabiq futbolçusu Rafael Verdu vəfat edib.

Milli.Az "report"a istinadən bildirir ki, veteran hücumçu 95 yaşında dünyasını dəyişib.

"Xeres Deportivo" komandasının fəxri prezidenti olmuş Verdu "Real Madrid"in Keçmiş Oyunçuları Assosiasiyasının ən yaşlı üzvü idi.

Qeyd edək ki, Rafael Verdu 1949/1950 mövsümündə "kral klubu"nun formasını geyinib.

Milli.Az