Baydenin Putinlə görüşü planlaşdırılırmı?

12 Oktyabr 2022 22:14

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

"Dövlət başçısı israrla bildirib ki, Rusiya əsirlərin mübadiləsi üzrə ciddi təkliflər verməli və ya danışıqların aparılması üçün təkliflər irəli sürməlidir" - deyə sözçü qeyd edib.

Karin Jan-Pyer əlavə edib ki, Vaşinqton əsirlərin mübadiləsi üçün Moskva ilə təmasları davam etdirir.

Milli.Az