Stoltenberq Türkiyəyə buna görə təşəkkür etdi

12 Oktyabr 2022 21:07

Türkiyə milli müdafiə naziri Hulusi Akarla NATO Baş katibi Yens Stoltenberq arasında Brüsseldə görüş keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, görüşdə Akar NATO-da üzərinə düşən öhdəlikləri yerinə yetirən Türkiyənin bundan sonra da bunu davam etdirəcəyini bildirib.

Stoltenberq Türkiyənin NATO-da mühüm müttəfiq olduğunu, taxıl dəhlizində, qlobal ərzaq böhranının həllində və əsir mübadiləsində fəal rol oynadığı üçün Türkiyəyə təşəkkür edib.

Milli.Az