Mətbuat Günü Şuşada beynəlxalq konfrans keçirilə bilər

12 Oktyabr 2022 11:32

Mətbuat Günü Şuşada beynəlxalq konfransın keçirilməsi məqsədəuyğun olar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası arasında anlaşma memorandumunun imzalanması zamanı deyib.

R.Məcid mətbuat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O qeyd edib ki, Mətbuat Şurasının müvafiq komissiyası bu istiqamətdə iş aparır.

"Düşünürük ki, 22 iyul Mətbuat Günündə Şuşada beynəlxalq konfransın keçirilməsi beynəlxalq əməkdaşlığın inkişafına töhfə verə bilər" - deyə o qeyd edib.

Milli.Az