Prezident Qazaxıstana işgüzar səfərə gedib - VİDEO - FOTO

12 Oktyabr 2022 15:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az