“Rusiya toylarından 3 dəfə artıq qazanc götürmək olur”

12 Oktyabr 2022 20:12

Rusiyaya köçən müğənni Afət Fərmanqızı yaradıcılığı ilə bağlı musavat.com-a danışıb.

Milli.Az xəbər verir ki, müğənni Rusiyadakı toy bazarından xeyli razı qaldığını deyib:

"Buradakı işim Azərbaycandakından xeyli əladır, vəziyyətimdən çox razıyam. Rusiyada müğənniyə çox yüksək səviyyədə qiymət verilir. Burada hər kəs böyük-kiçik yerini bilir. Bilsəydim, Rusiyaya çoxdan köçərdim. Qonorara gəldikdə isə, Azərbaycandakı üç toyun qiymətini burada bir toydan götürmək olur".

Milli.Az