Ruhəngiz Qasımovanın nəvəsi onun vəsiyyətini açıqladı

12 Oktyabr 2022 15:16

"Düzdür, hələ məni o qədər də yaxşı tanımırlar. Amma bu istedadım nənəmdən mənə keçib".

Milli.Az xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında Ruhəngiz Qasımovanın müğənni nəvəsi Hilal Süleymanov deyib. O, nənəsinin son vəsiyyətini açıqlayıb:
"Son zamanlar artıq bəstəkarlıq fəaliyyəti ilə məşğul olmurdu. İstəyirdi ki, onun kimi gözəl bəstələr yazım".

Hazırda Təzə Pir məscidində Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir.

Mərhum Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.

Milli.Az