Nazir rəisi işdən çıxarıb aşağı vəzifəyə təyin etdi

12 Oktyabr 2022 14:22

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Həsənov vəzifədən azad edilib.

Nazirin digər əmri ilə F.Həsənov idarədə daha aşağı vəzifəyə təyin edilib.

Milli.Az