Rusiya Krım körpüsündəki partlayışı kimin təşkil etdiyini açıqladı

12 Oktyabr 2022 10:25

"Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, onlardan 8-i saxlanılıb. Bunlardan beşi Rusiya, üçü Ukrayna və Ermənistan vətəndaşlarıdır.

Qurumun məlumatında o da deyilir ki, terrorun törədildiyi bomba Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

Milli.Az