Ukraynanın Nikopol şəhərinə 100-dən çox mərmi atılıb, yaralananlar var

12 Oktyabr 2022 09:59

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Nikopol şəhərini mərmi atəşinə tutub, yaralananlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Dnepropetrovsk vilayətinin başçısı Valentin Rezniçenko deyib.

Rezniçenkonun sözlərinə görə, 100-dən çox mərmi atılıb, yaralananlar var.

Həmçinin, o da əlavə olunub ki, mərmilərdən biri yaşayış evlərindən birinin üzərinə düşüb. Bu zaman evdə olan 6 yaşlı uşaq və anası yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, qadının vəziyyəti ağırdır.

"Şəhərdə 30-dan çox hündür mərtəbəli bina və yaşayış evi dağıdılıb, qaz boruları, elektrik enerjisi xətləri sıradan çıxıb" - deyə o bildirib.

Milli.Az