Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb - FOTO

12 Oktyabr 2022 09:17

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az