Pişik tülkünü baş nazirin iqamətgahından qovdu - VİDEO

12 Oktyabr 2022 19:32

Dauninq-strit 10-da yaşayan pişik Larri Britaniyanın baş naziri Liz Trassın iqamətgahına girən tülküyə qalib gəlib.

O, özündən bir neçə dəfə böyük olan yırtıcını qovub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Larri ilə tülkü arasındakı döyüşün görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, pişik 10 ildir ki, öz "vəzifəsində xidmət edir" və indiyədək dörd baş nazir dəyişib.

Milli.Az