Məktəbli yol qəzasında ölüb

12 Oktyabr 2022 08:35

Ağstafada avtomobillə vurulan 16 yaşlı piyada xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, 2006-cı il təvəllüdlü təvəllüdlü Nəsib Orucov bu gün səhər saat 06:00 radələrində müalicə alıdığı xəstəxanada dünyasını dəyişib.

Hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü Nəsib Orucovu vurub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az