"Qrupun qalibi Polşada müəyyənləşəcək" - Joze Alesio

11 Oktyabr 2022 22:51

"Uşaqları təbrik edirəm. Polşa ilə oyundan sonra düşərgəmizdəki vəziyyəti bilirdim, ona görə də oyunçuları matça daha çox psixoloji baxımdan hazırladıq. Çünki əksəriyyəti oyunun asan keçəcəyini düşürdü".

Bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstanı 7:0 hesabı ilə darmadağın etdikləri matç haqqında danışarkən deyib. Mütəxəssis fikirlərinə belə davam edib:

"Konsantrasiya mən istəyən səviyyədə deyildi. Buna görə də intizamlı oynadıq, qol buraxmadıq. Çalışırdıq ki, hesabı erkən açaq. Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Sona 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesabdakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda gərəyimiz ola bilər. Yenə deyirəm, indi asan rəqib, rahat udulacaq komanda yoxdur. Gərək məşq zamanı, eləcə də oyundan əvvəl taktiki planda verilən tapşırıqları dəqiq yerinə yetirəsən. Bu gün bunu bacardıq və bəhrəsini gördük. Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək".

Qeyd edək ki, Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə Polşaya 3 cavabsız qolla uduzub. Komandamız 3-cü oyununu Yunanıstana qarşı evdə, sonuncu - 4-cü görüşünü isə səfərdə Polşaya qarşı keçirəcək.

Milli.Az