Ruhəngiz Qasımovayla vida mərasiminin yeri dəyişdirildi

11 Oktyabr 2022 22:37

Oktyabrın 9-da Honkonqda vəfat edən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.

Bu barədə APA-ya Əməkdar artist Tahir İmanov açıqlamasında deyib.

O bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzə Pir məscidində olacaq.

Qeyd edək ki, bundan əvvəl vida mərasiminin Heydər məscidində keçiriləcəyi bildirilmişdi. Bəstəkarın nəşi sabah Bakıya gətiriləcək və Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.

Milli.Az