Cavanşir Quliyev bu universitetdə işə başladı

11 Oktyabr 2022 21:44

"Azərbaycana gələn kimi ilk işim evimi təmizləmək oldu. İllərlə qapısı bağlı idi. Hərdənbir gedib-gəlirdim. Dostlarla görüşlərim oldu".

Bu sözləri Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev "Axşam havası" verilişində deyib. 19 ildən sonra ötən ay birdəfəlik Azərbaycana qayıdan bəstəkar artıq işə də başladığını bildirib:

"Müxtəlif idarələrdə işləyən dostlarım gəlişimdən xəbər tutub, zəng etdilər. Müxtəlif yerlərə işə dəvət edirlər. Artıq Xəzər universitetində işə başlamışam. Bundan əlavə, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında da işlərim gözlənilir. Həyat başlayır, üzümə yaxşı baxsalar, getmərəm".

Milli.Az