Xarkovda “Vaqner”ə ölümcül zərbə - İki qrupu məhv edildi, komandiri əsir düşdü

11 Oktyabr 2022 21:19

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkov vilayətində Rusiyanın "Vaqner" qüvvələrinin iki diversant qrupunu məhv edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Muzdlu diversantların məhv edilməsi əməliyyatı SBU-nun xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Əməliyyatda 4 "Vaqner"çi əsir götürlüb ki, onlardan birinin qruplaşmanın komandiri olduğu bildirilir.

SBU bununla əsir götürülən "Vaqner" üzvlərinin sayının 200-ə çatdığını açıqlayıb.

Milli.Az