Ərdoğanla Putin sabah görüşə bilər

11 Oktyabr 2022 15:12

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Qazaxıstanda görüşə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazır.

Qeyd olunur ki, görüş Astanada Asiyada etimad tədbirləri və əməkdaşlıq üzrə iclas çərçivəsində baş tuta bilər.

Xatırladaq ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinin Astanaya səfər edəcəyini bildirmiş və tərəflər arasında görüşün ola biləcəyini istisna etməmişdi.

Milli.Az