"Azərbaycan bunun üçün əlindən gələni edəcək"

11 Oktyabr 2022 11:38

Gəncənin hədəf alınması Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozması halıdır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, Gəncə hadisələri yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələri tərəfindən yerində çəkilib.

"Bütün materiallar protokol üzrə toplanıb və Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində vəsatət qaldırılıb. Birinci növbədə insanların hüquqlarının pozulması, ikinci isə nifrət əsasında törədilən cinayətlərdən gedir. Bu məsələ hələ də instansiyalarda baxılmaqdadır. Azərbaycan təqsirkarların qanun qarşısında cavab verməsi üçün əlindən gələni edəcəkdir. Təəssüf ki, bu günə qədər Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə, qanun pozuntusuna görə bir nəfər də olsun qanun qarşısına çıxarılmayıb. Biz bir daha törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməsi üçün dünya ictimaiyyətinin Ermənistana təzyiqləri artırmasını tələb edirik", - deyə o bildirib.

Milli.Az