Vüsalənin verilişi yenidən yarımçıq dayandırıldı - VİDEO

11 Oktyabr 2022 15:04

ATV kanalında Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramının yayımı bu gün yarımçıq dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqram başladıqdan 20 dəqiqə sonra müğənni Elvin Mirzəzadənin ifasının ardınca yarımçıq kəsilib. Daha sonra "7 canlı"nın yerinə anonslar efirə gedib.

Proqramın hansı səbəbdən kəsilməsi ilə bağlı isə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl də "7 canlı" proqramının yayımı bir neçə dəfə yarımçıq dayandırılmışdı.

Milli.Az