Xalq Artisti Flora Kərimovayla qızı Zümrüd, nəvəsi Lora və qudası efirə çıxıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar ilk dəfə "Xəzər axşamı" verilişində qonaq olublar.
Proqramda Zümrüdün həyat yoldaşının anası ona qayınana deyilməsinə etiraz edib:
"Mən qayınana yox, anasıyam. O mənim üçün dünyanın ən gözəl qızıdır".
Qeyd edək ki, Zümrüd İngiltərədə yaşayır və orada ikinci dəfə ailə həyatı qurub. Bir neçə ay əvvəl onun ilk övladı dünyaya gəlib. Kərimovanın Oktay adlı oğul övladı da var. O, Almaniyada yaşayır.
Milli.Az