Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

11 Oktyabr 2022 07:34

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qaragüney kəndində qeydə alınıb. Belə ki, şəxsiyyəti hələ məlum olmayan piyada (kişi - red) yolu keçərkən avtomobil onu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az