Rusiyaya təhqiqata icazə verməyəcəyik

11 Oktyabr 2022 08:38

İsveç Rusiyaya "Şimal axını" qaz kəmərində baş verən partlayışlarla bağlı təhqiqata icazə verməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson məlumat yayıb.

"İsveçdəki ilkin araşdırmalar məxfidir və açıq şəkildə bu işə də aiddir", - Andersson deyib.

Milli.Az