Rusiya səfiri Kanada XİN-ə çağırıldı

10 Oktyabr 2022 22:40

Rusiyanın Kanadadakı səfiri Aleq Stepanov Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə diplomat özü bildirib. 

O, XİN-ə çağırılmasının səbəbini açıqlamayıb. 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Moldovadakı səfiri də XİN-ə çağırılıb. Buna səbəb kimi Rusiyanın Qara dənizdəki hərbi gəmilərindən respublika ərazisindən keçməklə üç qanadlı raket atılması göstərilib. 

Milli.Az