Tahir İmanov: "Ruhəngiz Qasımova ilə vida mərasimi Heydər məscidində olacaq"

10 Oktyabr 2022 21:27

Ruhəngiz Qasımova ilə vida mərasimi oktyabrın 12-də Heydər məscidində keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə APA-ya Əməkdar artist Tahir İmanov məlumat verib.

Mərhum bəstəkarın nəşinin çərşənbə günü Honkonqdan gətiriləcəyini vurğulayan T.İmanov qeyd edib ki, dəfn mərasimi də elə həmin gün Yasamal qəbiristanlığında başa tutacaq: "Ruhəngiz xanım həyat yoldaşının yanında dəfn ediləcək".

Milli.Az