Bakıda gənc oğlanı qətlə yetirib qaçdılar

10 Oktyabr 2022 13:57

Bakıda qətl törədilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, dünən saat 17 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində 1994-cü il təvəllüdlü Çərkəz Əfrayıl oğlu Ələsgərov bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən şəxs oradan uzaqlaşıb. 

Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Milli.Az