Ötən həftə toyu olan Orxan Babazadə sabiq məşhur nazirlə qohum oldu - FOTO

10 Oktyabr 2022 14:19

Xəbər verdiyimiz kimi iki gün öncə müğənni Orxan Babazadənin Bakıda bahalı restoranlardan birində dəbdəbəli toy mərasimi keçirilib.

Milli.Az Manset.az-a istinadən bildirir ki, Orxan Babazadənin ailə həyatı qurduğu Aytac adlı xanım sabiq məmurun qızı imiş. Belə ki, gəlinin atası Ağalar adlı şəxs eks Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla çalışıb. O sabiq nazirin rəhbərliyi vaxtı qurumda vəzifədə çalışıb və eyni zamanda, Səlim Müslümovla yaxın qohumdur. Eks nazir toya dəvət alsa da, son anda məslidə iştirak etməkdən imtina edib.

Milli.Az