Daha bir təyyarə qəzası: 105 ölü! - ƏLAVƏ OLUNUB

12 May 2010 12:20
Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, paytaxt Tripolinin hava limanında qəzaya uğrayan təyyarədə 105 nəfər həlak olub. İlkin məlumata görə, CAR-dan gələn təyyarə enişə hazırlaşan zaman yerə çırpılıb.

----------------

İlkin versiya kimi, "Airbus-330" təyyarəsinin pilotun səhvindən qəzaya uğraya biləcəyi söylənilir.
Təyyarənin məxsus olduğu şirkət qəza zamanı göyərtədə 93 sərnişinin, 11 heyət üzvünün olduğunu açıqlayıb. İlkin məlumatda isə qəzada 105 nəfərin öldüyü bildirilirdi.

Bu arada "Frans Press" agentliyi qəza zamanı 8 yaşlı uşağın möcüzə sayəsində sağ qaldığına dair məlumat yayıb. Onun hollandiyalı olduğu bildirilir.

Milli.Az