"Gəncə" komandası favorit oldu - "Breyn rinq" yarışmasının ilk verilişi efirə getdi

10 Oktyabr 2022 10:30

Bazar günü İctimai Televiziyanın efirində "Nar" mobil operatorunun dəstəyi ilə Azərbaycanın ən böyük və intellektual bilik yarışı - "Breyn Rinq" keçirildi. Sayca 20-ci mövsümin ilk oyunu gərgin rəqabət şəklində baş tutub. Xüsusi qeyd etmək lazımdır ki, bu dəfə də iştirakçı komandalar yüksək intellektləri və suallara dolğun cavabları ilə fərqləniblər. Birinci döyüş ADAU-nun komandası ilə Azərbaycan Dillər Universitetinin komandası arasında keçirilib. Gərgin və maraqlı oyunda ADAU komandası qalib olub. Rəqib kimi isə "Gəncə" komandasını seçən ADAU onlara məğlub olub. Beləliklə, gərgin və maraqlı oyun "Gəncə" komandasının qalibiyyəti ilə başa çatıb. Daha sonra əvvəlki oyunların favoriti olan BDU-nun komandasını rəqib seçən "Gəncə" onun üzərində də qələbə qazanaraq birinci verilişin qalibi seçilir.

Obyektiv və maraqlı rəqabət şəklində keçən oyun tamaşaçılarda rəğbət oyadıb. Növbəti oyun bazar günü keçiriləcək. Yarışın iştirakçıları əvvəllər olduğu kimi bu dəfə də tamaşaçı diqqətini qazanıblar. Hər dəfə olduğu kimi bu dəfə oyunlara məktəblilərdən tutmuş, ən müxtəlif yaş qrupunu təmsil edən insanların baxacağı gözlənilir. Qeyd edək ki, "Nar"ın baş sponsorluğu ilə keçirilən yarışlar gəncləri stimullaşdırmağa yönəlib. Bu tip oyunlar gəncləri elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir, maariflənməni təşviq edir.

Bu dəfə yarışa ölkənin 10 şəhərindən və 7 universitetindən 20 komanda iştirak edib. Bakını 4, regionları 9, 7 ali məktəb təmsil olunur. Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar" 2013-cü ildən bu oyunların baş sponsorudur. 

Azər Nuriyev
Milli.Az