Bu gün Bakının bu ərazisində su olmayacaq

10 Oktyabr 2022 10:37

Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləri əlaqədar bu gün Bakının Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Milli.Az-a Azərsu ASC-dən məlumat verilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Milli.Az