Pep Qvardiola zarafatla Erlinq Holandın atasını "Mançester Siti"yə baş aşpaz təyin etməyi təklif edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, məşqçi eyham vurub ki, oğlunun uğurunun sirri atasının bişirdiyi lazanyadadırsa, kişi bu yeməyi bütün komanda üçün hazırlamalıdır.
Qeyd edək ki, Holand "Mançester Siti"nin heyətində 13 matçda 20 qol vurub. Norveçli bildirib ki, oyunlardan əvvəl atası onun üçün lazanya bişirir.
Milli.Az